“Bakı-2015”: fotomüxbirlər çəkiliş qaydaları barədə məlumatlandırılıb
Bizi izləyin

Bakı 2015

“Bakı-2015”: fotomüxbirlər çəkiliş qaydaları barədə məlumatlandırılıb

İyunun 11-də birinci Avropa Oyunlarını işıqlandıracaq yerli və əcnəbi fotomüxbirlər üçün Media kəndində keçirilən brifinqdə çəkiliş qaydaları barədə ətraflı məlumat verilib.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat əməliyyatları şöbəsinin foto müşaviri Qari Kemper Oyunları işıqlandırmaq üçün gələn fotomüxbirləri salamlayıb, onlar üçün hər bir cəhətdən yaxşı imkanları olan iş şəraitinin yaradıldığını bildirib. Oyunlar zamanı səmərəli şəkildə birgə işləmək üçün bəzi qaydaların tətbiq edildiyini söyləyən Q.Kemper idman meydançalarında olacaq əməkdaşların çəkilişlərlə bağlı hər hansı bir problemin həllinə hazır olduqlarını diqqətə çatdırıb.

Bildirilib ki, fotomüxbirlər uzaqdan idarə olunan və ya simsiz cihazlardan yalnız rəsmi icazə əsasında istifadə edə bilərlər. Yarış meydançasında uzaqdan idarə olunan kameralardan istifadə, eləcə də oyun zamanı meydançanın ətrafında hərəkət etmək qadağandır. Fotoaparatın gücləndirici işığından, nərdivanlardan istifadə olunmasına icazə verilmir.

Q.Kemper “İ-zona”larda fotoçəkilişlər üçün şərait yaradıldığını, bunun atletləri media nümayəndələrinə təqdim etməyin innovativ üsullarından biri olduğunu söyləyib: “Bizim yerli və beynəlxalq komandamız hər bir fotomüxbirə yardım etməyə hazırdır. Onlar idman arenalarına gəlməzdən əvvəl bütün zəruri vəsait və məlumatla təmin olunacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm