Atletlər kəndində “Azərbaycan el sənəti” adlı sərgi nümayiş olunur - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Atletlər kəndində “Azərbaycan el sənəti” adlı sərgi nümayiş olunur - FOTOLAR

“Bakı-2015” birinci Avropa Oyunlarının Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində Azərbaycan Xalça Muzeyinin “Azərbaycan el sənəti” adlı sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a bildirilib ki, artıq iyunun 8-dən etibarən sərgi tədbir iştirakçılarının ixtiyarına verilib.

Sərgidə muzeyin kolleksiyasından olan xalça, xalça məmulatları, bədii metal, eyni zamanda zərgərlik, tikmə, milli geyim nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunur.

Beynəlxalq miqyasda şöhrəti günü-gündən artan Azərbaycan xalçaları, maddi mədəni irsimiz, qədim adət-ənənələrimiz, xalqımızın məişəti, fəlsəfəsi, dünyagörüşü sərgiyə gələn tamaşaçılarda böyük maraq oyadır. Qonaqlar xana arxasında xalça toxuyan toxuculara qatılaraq xalçalarımızın toxunma texnologiyası ilə yaxından tanış olur, onlarla birgə xalça toxuyurlar.

Sərgidə həmçinin milli geyimlərdə şəkil çəkdirmək xidməti də qonaqlarda çox böyük marağa səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm