• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rus nümayəndə heyətinin rəhbəri: "Bakıda dava olmayıb"

Rus nümayəndə heyətinin rəhbəri: "Bakıda dava olmayıb"

"Heç bir dava baş verməyib". ANS PRESS-in məlumatına görə, bunu TASS agentliyinə açıqlamasında Bakıya gələn Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov deyib.


O, Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün paytaxtımıza gələn rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi barədə məlumatı təkzib edib.


Qeyd edək ki, idmançılar arasında davanın baş verməsi barədə məlumat ötən gün yayılıb. İdmançıların şəhərdə emosiyalarını saxlaya bilməyərək əlbəyaxa olduğu və davanın qarşısını hüquq mühafizə orqanlarının müdaxiləsi ilə alındığı deyilirdi.


Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də baş tutacaq. Yarışlar iyunun 28-dək davam edəcək. Oyunlarda 253 dəst medal uğrunda 6 min idmançı mübarizə aparacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR