I Avropa Oyunları belə keçirilir – FOTOLAR
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunları belə keçirilir – FOTOLAR

Bu gün səhər saatlarından Bakıda I Avropa Oyunlarına start verilib.

Publika.az xəbər verir ki, artıq bir neçə idman növü üzrə yarışlar başlayıb. Atletlər kəndində idmançılar üçün hər cür şərait yaradılıb.

Hökumət və dövlət başçıları, qonaqlar oyunları izləmək üçün Bakya təşrif gətirir.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində olacaq Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilir. Bunlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növündədir. Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.

İlk Avropa Oyunlarının açılışı Bakı Olimpiya Stadionunda bu gün axşam saatlarında baş tutacaq.

On iki idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə kamandan oxatma, atletika, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm