Azərbaycan Polşa və Fransa ilə qarşılaşacaq
Bizi izləyin

Bakı 2015

Azərbaycan Polşa və Fransa ilə qarşılaşacaq

Stolüstü tennis üzrə kişilərin və qadınların komanda yarışlarının püşkü atılıb.

Publika.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə ev sahibi Azərbaycan kişilərin yarışında Polşa, qadınların stolüstü tennis oyunlarında isə Fransa komandaları ilə üzləşəcək.

Avropa reytinqinə əsasən, Polşa və Fransa üstünlüyə malikdir. Avropa Stolüstü Tennis İttifaqının (ASTİ) son nəşr olunmuş siyahısına görə, polşalı kişi idmançıları reytinqdə müvafiq olaraq 25, 30 və 43-cü yerdədirlər. Azərbaycanlı oyunçular isə reytinqdə yalnız 356, 371 və 572-ci yerləri tuta bilirlər.

Fransanın qadın oyunçuları Li Sue (19), Karole Qrundiş (29) və Yifanq Sian (42) da öz azərbaycanlı rəqibləri Məryəm İmanova (361), Rüfət Quliyeva (375) və Şərmin Şirinovanı üstələyir.

Kişilərin və qadınların yarışında qızıl medallar uğrunda yarışın favoriti olan Almaniya kişilərin yarışında İspaniya, zərif cinsin nümayəndələrinin yarışlarında isə Macarıstana qarşı oynayacaq.

Almaniyanın ardından kişilərin yarışında favoritlər arasında göstərilən Portuqaliya komandası Rumıniya ilə üz-üzə gələcək. Digər güclü komanda Hollandiyanın qadınları isə Serbiya ilə üzləşəcək.

Stolüstü tennis yarışları 13 iyunda başlayacaq. Qadınların oyunu saat 09:30-da, kişilərinki isə 16:30-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm