Ledi Qaqa Avropa Oyunlarının səhnəsində
Bizi izləyin

Bakı 2015

Ledi Qaqa Avropa Oyunlarının səhnəsində

Məşhur Amerika müğənnisi Ledi Qaqa gecənin sonunda səhnəyə çıxacaq.

Publika.az xəbər verir ki, pianoda "İmagine" ( Təsəvvür et) mahnısını ifa edəcək. Con Lenonun klassik mahnısı hər kəsi sərhədsiz ölkələri, bütün dünya üzərində sülhü təsvir etməyə səsləyir. Avropa Oyunlarında 50 millətin bayrağı altında 6000-ə yaxın atlet iştirak edəcək. Qeyd edək ki, Ledi Qaqa daha çox musiqilərdə verdiyi sülhpərvər mesajları ilə, geyimləri və canlı performansları ilə məşhurdur. O mahnılarından gələn gəlirlərlə sosial aktivistlərə, LGBT hüquqlarının müdafiəsinə və AİDS xəstələrinə dəstək olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm