İspaniyanın RTVE televiziyası da I Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb
Bizi izləyin

Bakı 2015

İspaniyanın RTVE televiziyası da I Avropa Oyunlarının açılış mərasimini canlı yayımlayıb

Birinci Avropa Oyunlarının açılış mərasimini İspaniyanın RTVE televiziyası canlı yayımlayıb. İspan şərhçilər bu mərasimin yayımına hazırlıqları ilə diqqət cəlb ediblər.

Açılış mərasimində təqdim olunan və Azərbaycanı tərənnüm edən bütün elementlər barədə RTVE tamaşaçılarına ətraflı məlumat verilib. Şərhçilər Azərbaycan bayrağının rənglərinin mənası, səslənən milli klassik musiqimiz və bəstəkarlarımız, Nizami Gəncəvi və onun “Leyli və Məcnun” poeması haqqında da danışıblar.

Reportajın gedişində Avropa Oyunları ərəfəsində Bakıda yeni inşa olunmuş idman qurğuları haqqında məlumat verilib. İspan şərhçilər cəmi 24 illik müstəqillik tarixi olan Azərbaycanın belə nəhəng tədbirləri üzərinə götürərək uğurla həyata keçirməsini də xüsusi qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm