Su polosu: Azərbaycan Rumıniyanı gözləyir - CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Su polosu: Azərbaycan Rumıniyanı gözləyir - CANLI YAYIM (YENİLƏNİR)

Bu gün Avropa Oyunlarında kişilər arasında su polosu üzrə yarışlar start götürüb.

İlk Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu yarışmasında Azərbaycan və Rumıniya komandaları üz-üzə gəlir.

Hazırda Rumıniya komandası 2:1 hesabı ilə qalib gəlir.

Su polosu

13 iyun

Kişilər, I tur

A qrupu

15:00. Rusiya – Ukrayna 20:7

16:45. İtaliya – Fransa 12:5

B qrupu

13:00. Macarıstan – Almaniya 9:8

18:45. Azərbaycan - Rumıniya

C qrupu

Xorvatiya – Türkiyə - 17:6

20:30. Monteneqro – Yunanıstan

D qrupu

İspaniya – Malta – 22:4

Serbiya – Slovakiya - 14:5

Qadınlar, II tur

A qrupu

15:00. İsrail – Macarıstan 3:23

16:45. Böyük Britaniya – Almaniya 8:10

20:30. Yunanıstan – Hollandiya

B qrupu

Fransa – Rusiya - 3:25

13:00. Serbiya – Slovakiya 8:9

18:45. İspaniya – İtaliya

12:10

Publika.az xəbər verir ki, yarışlar ilkin olaraq C və D qruplarında başlayıb. C qrupunda Türkiyə millisi Xorvatiya ilə, D qrupunda isə İspaniya-Malta ilə qarşılaşıb. Türkiyə millisi Xorvatiyaya 17-6 hesabı ilə məğlub olub. D qrupunda isə İspaniya Maltanı 22-4 hesabı ilə darmadağın edib.

09:45

Bakıda I Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu üzrə yarışlar başlayıb.

Yarışlar C və D qrupları üzrə müvafiq olaraq, Xorvatiya-Türkiyə və İspaniya-Malta matçları ilə start götürüb.

Azərbaycan millisinin çıxışı Rumıniya komandasına qarşı olacaq. Oyun 18:45-də başlayacaq.

C qrupunda həmçinin 20:30-da başlayacaq Monteneqro-Yunanıstan və D qrupunda 11:15-də başlayacaq Serbiya-Slovakiya oyunları keçiriləcək.

Bundan başqa, A qrupunda Rusiya-Ukrayna, İtaliya-Fransa oyunları baş tutacaq.

Bu gün həmçinin qadınlar arasında A və B qrupları üzrə su polosu yarışları keçiriləcək.

A qrupunda Böyük Britaniya-Almaniya, Macarıstan-İsrail və Yunanıstan-Niderland, B qrupunda isə Serbiya-Slovakiya, Rusiya-Fransa və İspaniya-İtaliya qarşıdurmaları keçiriləcək.

Bütün yarışlar Su Polosu arenasında baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm