Bakı 2015: Stolüstü tennisdə 1-ci dövrə yekunlaşdı (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Stolüstü tennisdə 1-ci dövrə yekunlaşdı (YENİLƏNİR)

“Bakı-2015” birinci Avropa Oyunlarının kişilər arasında stolüstü tennis yarışlarının ilk gününün axşam sessiyasının birinci dairəsinin yarışları başlanıb.

Sessiyanın birinci yarısında dörddə bir finala çıxmaq uğrunda Almaniya, İspaniya, Ukrayna, İsveç, Belarus, Çexiya, Yunanıstan və Fransa komandaları mübarizə aparacaqlar. Azərbaycan, Xorvatiya, Avstriya, Macarıstan, Rusiya, Polşa, Rumıniya və Portuqaliyanın nümayəndələri axşam sessiyasının ikinci yarısında çıxış edəcəklər.

Qeyd edək ki, Almaniya komandasının tərkibinə stolüstü tennis üzrə dəfələrlə Avropa çempionu, iki Dünya Kubokunun sahibi, yeddi Dünya Çempionatının qalibi, Olimpiya Oyunlarının mükafatçısı Timo Boll və yeddi dəfə Avropa çempionu, dünya çempionatlarının və Olimpiya Oyunlarının mükafatçısı, birinci Avropa Oyunlarının idman elçilərindən biri olan Dmitri Ovçarov daxildirlər.

Ölkəmizi Fərhad İsmayılov, Ramil Cəfərov və Xəyal Həşimli təmsil edir.

15:48

Qadın komandaları arasında stolüstü tennis yarışının birinci dövrəsinə yekun vurulub.

Yarışın birinci gününün yekunlarına əsasən, iyunun 14-də keçiriləcək dörddəbir final mərhələsində Fransa, Almaniya, Rusiya və Çexiya milli komandalarından əlavə, Serbiyanı 3:0 hesabı ilə məğlub Hollandiya, Lüksemburqa 3:1 hesabı ilə qalib gələn Polşa və eyni hesabla müvafiq olaraq Serbiya və Belarusu məğlub edən İsveç və Ukrayna yığmaları medallar uğrunda mübarizəni davam etdirəcək.

Dörddəbir finalda Almaniya-Rusiya, Fransa-Çexiya, Ukrayna-İsveç və Polşa-Niderland komandaları qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan və Fransa milli komandalarının görüşü qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb. Almaniya yığması isə Macarıstan təmsilçilərini məğlub edib – 3:0. Rusiya idmançıları portuqaliyalı atletlərdən üstün olublar – 3:1. Çexiya və Avstriya yığmaları arasındakı görüşdə isə çexlər 3:1 hesabı ilə qələbə qazanıblar.

11:28

Bakı İdman Arenasında Avropa Oyunları çərçivəsimdə keçirilən stolüstü tennis yarışları start götürüb.

Publika.az xəbər verir ki, ilk yarış günündə bir neçə oyun baş tutacaq. Hazırda komanda yarışlarında Azərbaycan-Fransa, Almaniya-Macarıstan, Portuqaliya-Rusiya, Çexiya və Avstriya komandaları mübarizə aparır.

Komanda yarışlarında Fransa ilə qarşılaşan millimiz birinci raundu məğlub başa vurub. Li Xue 3-0 hesabı ilə Rüfət Quliyevaya qalib gəlib.

Hazırda Məryəm İmanova Carole Grundischlə mübarizə aparır.

İkinci raundda da komandamız məğlub oldu. Grundisch 3-0 hesabı ilə Məryəm İmanovaya qalib gəldi.

Üçüncü görüşdə cütlüklərin yarışında Xian Yifanq, Li Xue cütlüyü Şərmin Şirinova və Rüfət Quliyevaya 3-0 hesabı ilə qalib gəldi.

Beləliklə, Fransa millisi Azərbaycan komandasına ümumi hesabda 3-0 heсabı ilə qalib gəldi.

İkinci görüş Almaniya və Macarıstan arasında keçirildi. Yarışın favoritlərindən sayılan Almaniya millisi Macarıstanı 3-0 hesabı ilə məğlub etdi.

09.25

Bu gün I Avropa Oyunları çərçivəsində qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarının birinci mərhələsi başlayıb.

Birinci mərhələdə 8 oyun keçiriləcək: Almaniya-Macarıstan, Portuqaliya-Rusiya, Fransa-Azərbaycan, Çexiya-Avstriya, Ukrayna-Belarus, İsveç-Rumıniya, Polşa-Lüksemburq, Serbiya-Hollandiya.

Azərbaycan komandasının tərkibində Quliyev Rüfət (25 yaş), Şirinova Nərmin (16 yaş) və İmanova Məryəm (17 yaş) çıxış edəcək.

Stolüstü tennis üzrə komanda yarışlarının birinci mərhələsinin qalibləri iyunun 14-də keçiriləcək dörddə bir final mərhələsinə adlayacaq.

Stolüstü tennis üzrə yarışlar Bakı İdman Sarayında keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm