Bakı 2015: İsveçrədən 2-ci qızıl, təmsilçimiz 17-ci oldu (YENİLƏNİB)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: İsveçrədən 2-ci qızıl, təmsilçimiz 17-ci oldu (YENİLƏNİB)

Bakı 2015 I Avropa Oyunlarında triatlon üzrə yarışlara start verilib.

Publika.az xəbər verir ki, Bilgəh Çimərliyində keçirilən yarışda qadın idmançılar mübarizə aparıblar.

Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında mükafatlar uğrunda 53 idmançı mübarizə aparıb.

İsveçrəli Nikola Spiriq bütün rəqiblərini qabaqlayıb. O, finiş xəttinə 2 saat 28 saniyədən sonra çataraq qızıl medallara yiyələnib. Nikola dağ velosipedi idmanında ən güclü olan Yolanda Neffdən sonra ölkəsi üçün 2-ci çempionluğu əldə edib.

Məsafəni 2 saat 1 dəqiqə 44 saniyəyə qət edən hollandiyalı Rayçel Klamer gümüş mükafat qazanıb. 3-cü yeri ondan 2 saniyə geri qalan isveçli Liza Norden tutub.

Azərbaycanın yeganə təmsilçisi, 26 yaşlı Kseniya Levkovska finişə 2 saat 5 dəqiqə 47 saniyəyə çatıb. O, bu nəticə ilə 17-ci yeri tutub.

Qeyd edək ki, sabah kişi triatlonçuların yarışı keçiriləcək.

12:11

Bakı 2015 Avropa Oyunları çərçivəsində qadınlar arasında triatlon yarışları başlayıb.

Publika.az xəbər verir ki, yarışlarda Azərbaycanı Kseniya Levkovskaya təmsil edəcək.

Yarışlar “Bilgah Beach” kompleksində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm