Bakı 2015: 4 karateçimiz yarımfinalda
Bizi izləyin

Bakı 2015

Bakı 2015: 4 karateçimiz yarımfinalda

Karateçilərimiz Avropa Oyunlarına uğurla başlayıb və ilk yarışlarda bir neçə qələbə qazanılıb.

Publika.az xəbər verir ki, kişilər arasında 60 kq çəki dərəcəsində A qrupunda çıxış edən karateçimiz Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiyanı 2:0 hesabı ilə məğlub edib.

Daha sonra F.Fərzəliyev 4:2 hesabı ilə italiyalı Luka Mareskə, 6:0 hesabı ilə isə albaniyalı Halil Marqeşə qalıb gələrək yarımfinalda iştirak hüququ qazanıb.

67 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan karateçimiz Niyazi Əliyev ilk olaraq 2:0 hesabı ilə gürcüstanlı İrakli Tkebuçava qalib gəlib. Daha sonra karateçimiz fransız Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi isə 2:0 hesabı ilə məğlub edib.

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək, qrup səddini adlayıb.

Qadınlar arasında 55 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan yığmamızın üzvü İlahə Qasımova birinci döyüşdə 4:0 hesabı ilə Lüksemburq idmançısı Cenni Varlinqə qalib gəlib. Karateçimiz ikinci görüşündə 1:0 hesabı ilə türkiyəli Tuba Yakanlaya qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm