Baş məşqçi finalçılardan danışdı - EKSKLÜZİV
Bizi izləyin

Bakı 2015

Baş məşqçi finalçılardan danışdı - EKSKLÜZİV

“Kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.

Bu sözləri Publika.az-a karate üzrə yığma komandamızın baş məşqçisi Rəhman Hətəmov deyib. Mütəxəssisin sözlərinə görə, qadın idmançılarımızın nəticəsi bir qədər zəif olsa da, ümumilikdə nəticələr qənaətbəxşdir:

“Oyunların Bakıda keçirilməsi bizim üçün çox böyük nailiyyətdir. Nəzərinizə çatdırım ki, karate idman növünün oyunlara salınması birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Biz çalışacağıq ki, doğma meydan amilindən yararlanaq.

Biz artıq bir ildir ki, hazırlaşırıq. Düzdür, qadın idmançılarımızın nəticələri kişilərlə müqayisədə zəifdir. Amma buna baxmayaraq, kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm