İlk medalçımız: “Hər şeyə görə Allaha, valideynlərimə və müəllimimə borcluyam”
Bizi izləyin

Bakı 2015

İlk medalçımız: “Hər şeyə görə Allaha, valideynlərimə və müəllimimə borcluyam”

“Avropa Oyunlarının mükafatını qazandığım üçün çox xoşbəxtəm. Hər şeyə görə Allaha, valideynlərimə və müəllimimə borcluyam”.

Publika.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının karateçisi İlahə Qasımovaya məxsusdur.

Bakı 2015 I Avropa Oyunlarının karate yarışlarının bürünc mükafatını qazanan idmançımız uğurunu belə şərh edib: “Mən birinci olaraq, həm şəxsi, həm də yığmadakı müəllimlərimə borcluyam. Ən çox isə mənə dəstək olan valideynlərimə minnətdaram”.

Qeyd edək ki, Qasımova 55 kq çəki dərəcəsində Avropa Oyunlarının bürünc mükafatçısı olmaqla, Azərbaycana ilk medalı qazandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm