Fransa saytı: Nəhayət, Avropanın da öz Oyunları oldu
Bizi izləyin

Bakı 2015

Fransa saytı: Nəhayət, Avropanın da öz Oyunları oldu

Nəhayət, Avropanın da öz qitə Oyunları oldu. İyunun 12-də Bakıda açılışı olan Oyunlar Olimpiya oyunlarının kiçik formatı hesab edilə bilər.

Azərtac xəbər verir ki, bu fikir Fransa mətbuatının Bakıdan hazırladığı geniş reportajında bildirilib.

Qeyd edilib ki, 4 ildən bir keçiriləcək Oyunların ənənəsi Avropanın mərkəzində deyil, Qafqazda qoyuldu. Əlli ölkə arasında Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazandı. Müəllif bildirib ki, Oyunlarda müxtəlif ölkələrdən 6 mindən çox atlet iştirak edir. Bakı küçələrində Olimpiya və ya dünya çempionlarına rast gəlmək adi hal alıb. Azərbaycan hətta müharibə şəraitində olduğu Ermənistanın da birinci Avropa Oyunlarında iştirakını təmin edib.

Oyunların proqramı barədə də məlumatın yerləşdirildiyi reportajla bu linkdən tanış olmaq mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm