I Avropa Oyunlarının açılış mərasimi hər kəsi ovsunlamışdı
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunlarının açılış mərasimi hər kəsi ovsunlamışdı

Avropa Olimpiya Komitəsinin (AOK) rəsmi saytında birinci Avropa Oyunlarının açılış mərasiminə həsr olunan məqalə verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Bakı Olimpiya Stadionunda təşkil olunan açılış mərasiminin füsunkarlığı ilə diqqət çəkdiyi bildirilir. Yazıda deyilir: “Bütün dünyada tamaşaçılar ilk Avropa Oyunlarının rəsmi açılış mərasiminin gözəlliyini seyr etdi. Mərasim öz bədiiliyi və gözəlliyi ilə hamını ovsunladı. İki saatlıq möhtəşəm tədbir zamanı Azərbaycanın tarixi və mədəniyyəti, Nizami Gəncəvinin məşhur əsərlərinin personajları, nar simvolu, ənənəvi muğam ifaçılığı, 300 ifaçı tərəfindən səhnədə nümayiş olunan mənzərə bütün stadionu və ekran qarşısındakı tamaşaçıları ovsunladı”.

Məqalədə Avropa Oyunları məşəlinin respublikanın bütün bölgələrini, tarixi yerlərini gəzərək açılış mərasiminə gətirildiyi qeyd olunub: “Tamaşaçılar bütün komandaları hərarətli alqışlarla qarşıladılar. Stadionda açılış mərasimini Prezident İlham Əliyev, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və bir çox ölkələrin rəhbər şəxsləri izləyirdilər”.

Məqalənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm