Altı medaldan beşini İsveçrə qazandı
Bizi izləyin

Bakı 2015

Altı medaldan beşini İsveçrə qazandı

Birinci Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında dağ velosiped idmanı yarışları keçirilib.

Dağ Velosipedi Parkında keçirilən yarışlarda finiş xəttinə 1 saat 31 dəqiqə 5 saniyəyə çatmış İsveçrə idmançısı Jolanda Neff Avropa Oyunlarının ilk çempionu olub. İkinci yerə onun həmvətəni Katrin Strumeman çıxıb. Bürünc medala Maja Losovskaya (Polşa) layiq görülüb.

Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Azad Rəhimov təqdim ediblər.

Medallar təqdim edildikdən sonra Avropa Oyunlarının ilk qızıl medalçısı J.Neff jurnalistlərin suallarına cavab verib, yarışlar barədə öz təəssüratlarını bölüşüb. O deyib ki, birinci Avropa Oyunlarının ilk qızıl medalçısı olduğuna görə xoşbəxtdir. J.Neff Oyunların yaxşı təşkilinə görə minnətdarlığını bildirib.

Bu idman növü üzrə kişilər arasında keçirilmiş yarışlarda İsveçrə idmançıları fəxri kürsünün bütün pillələrini tutublar. Qızıl medalı Nino Şurter, gümüş və bürünc medalları isə Lukas Fluxiger və Fabian Giger qazanıblar.

Medalları qaliblərə Belçika Olimpiya Komitəsinin prezidenti Pyer-Olivye Bekkers təqdim edib.

Medalçılar jurnalistlərin suallarını cavablandırıblar. İsveçrə velosipedçiləri hər üç medalı əldə etdiklərinə görə çox sevindiklərini və Oyunların yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm