I Avropa Oyunlarının açılışı İspaniya televiziyasında
Bizi izləyin

Bakı 2015

I Avropa Oyunlarının açılışı İspaniya televiziyasında

İspaniyanın RTVE televiziya kanalı birinci Avropa Oyunlarının açılış mərasiminə həsr olunan geniş reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda 70 minə yaxın tamaşaçının Bakı Olimpiya Stadionunda möhtəşəm açılış şousunun şahidi olduğu vurğulanır.

Bildirilir ki, tədbir əsl Olimpiya Oyunlarının açılışını xatırladırdı. Məşhur müğənni Ledi Qaqa açılış mərasimində Con Lennonun “Imagine” mahnısını ifa etdi.

Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Oyunlarını açıq elan etdi. Stadionda bir çox dövlətlərin rəhbərləri, o cümlədən Türkiyə və Rusiya prezidentləri də var idi.

Reportajda bildirilir ki, 214 nəfərdən ibarət İspaniya komandasının bayraqdarı Huan Qonsales idi.

Reportajla aşağıdakı linkdən tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm