Bakı 2015: Avarçəkənimiz finalda - CANLI YAYIM - (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Avarçəkənimiz finalda - CANLI YAYIM - (YENİLƏNİR)

İnna Ospienko-Rodomska qadınların kayak yarışında uğurlu çıxışını davam etdirib. O, yarımfinal mərhələsində 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək növbəti - final mərhələsinə vəsiqə qazanıb.

İdmançımız finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparacaq.

14:50

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə dörd yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev birinci yürüşdə səkkizinci zolaqda mübarizə aparıb. O, məsafəni 3 dəqiqə 58,144 saniyəyə qət edib. Təmsilçimiz yürüşü 8 idmançı arasında 8-ci başa vuraraq yarımfinala yüksələ bilməyib.

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimiz Sergey Bezuqlıy və Aleksey Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıb. Məsafəni 3 dəqiqə 46,744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ bilib.

Qadınların kayak qayıqlarında 500 metr məsafəyə yarışında isə 18 idmançı çıxış edib. Yığma komandamızın üzvü İnna Rdomska-Osipenko 2-ci yürüşdə 8-ci zolaqda start xəttinə çıxıb və 500 metr məsafəni 1 dəqiqə 51,224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Rdomska-Osipenko yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparacaq.

Azərbaycanı avarçəkmə yarışlarında təmsil edən İnna Rdomska-Osipenko ilə yanaşı, Taras Matviyçuk, Sergey Bezuqlıy və Aleksey Kupin də yarımfinala yüksəliblər.

12:32

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfərin iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb. O, məsafəni 4 dəqiqə 4,220 saniyəyə qat edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz sabah saat 15:54-də start götürəcək yarımfinalda 4-cü zolaqda mübarizə aparacaq.

09:32

Bu gün Bakı 2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib.

Publika.az xəbər verir ki, Mingəçevirdə baş tutan yarışın ilk günündə 8 növ üzrə ilkin və yarımfinal mərhələsində yürüşlər keçiriləcək.

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 nəfər iki yürüşdə qüvvəsini sınayır. Azərbaycanı təmsil edəcək Taras Matviyçuk ilk “7-lik”də start xəttinə çıxıb.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarında 31 idmançı qüvvəsini sınayacaq. İlkin mərhələdə 4 yürüş keçirilir. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizəyə başlayır.

Bu yarışda Almaniya idmançısı birbaşa final mərhələsinə vəsiqə qazandı. T.Mustafayev isə sonuncu pillədə qərarlaşdığından növbəti mərhələyə keçə bilmədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm