Bakı 2015: Azərbaycan triatlonda bürünc qazandı
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Azərbaycan triatlonda bürünc qazandı

İlk Avropa Oyunlarında kişilər arasında triatlon yarışlarına yekun vurulub.

Publika.az xəbər verir ki, Azərbaycan triatlonçusu Rostislav Pevtsov kişilər arasında mübarizəni üçüncü sırada başa vuraraq bürünc medal qazanıb.

Böyük Britaniyalı idmançı Benson Qordon birinci Avropa Oyunlarının çempionu olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.

Azərbaycan idmançısı Rostislav Pevtsov isə 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə ilə üçüncü yerə çıxıb.

Çempion Benson Qordon “Rio 2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak etmək hüququ qazanıb.

Beləliklə, Rostislav Pevtsov Bilgəh çimərliyində keçirilən kişilər arasında triatlon yarışında ona göstərilən etimadı doğruldub. Məşqçisi və komanda yoldaşları triatlon yarışında bu qələbəni Azərbaycana gətirməyə ən real namizəd kimi məhz onu görürdülər.

Rostislav Pevtsov 2002-ci ildən yarışlara başlayıb. Ötən ildən Azərbaycan milli komandasında çıxış etməyə başlayan triatlonçu 2014-cü ildə Macarıstanda keçirilən dünya kuboku yarışında ikinci yeri tutub. Hollandiyada təşkil edilən Avropa çempionatının estafet yarışında birinci olan R.Pevtsov Asiya kubokunda ikinci, 2011-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında isə üçüncü yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm