Voleybolçularımız birinci setdə qalib gəldi - FOTO (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Voleybolçularımız birinci setdə qalib gəldi - FOTO (YENİLƏNİR)

Kişilər arasında keçirilən voleybol yarışının “A” qrupunda Azərbaycan millisi Finlandiya yığması ilə qarşılaşır.

Millimiz birinci setdə 25:22 hesabı ilə qalib gəlib.

Azərbaycan yığmasının tərkibində Pərviz Səmədov, Fərid Cəlalov, Rəsul İbrahimov, Yevqeniy Kovalenko, Dmitriy Obodnikov, Aleksey Çervyakov və libero - Kənan Allahverdiyev çıxış edirlər.

18:07

Bolqarıstan millisi Belçika komandasını 3:2 (25:16, 23:25, 25:20, 23:25 və 15:11) hesabı ilə məğlub edib.

Kişilər arasında keçirilən voleybol yarışlarında isə “A” qrupunda Serbiya komandasına qalib gəlmək üçün Türkiyə yığma komandasına 4 set lazım gəlib (25:15, 21:25, 25:20, 25:18).

11:42

İlk oyunda Slovakiya millisi İtaliya komandasını 3:1 (25:23, 25:22, 22:25 və 25:21) hesabı ilə məğlub edib.

Birinci Avropa Oyunlarının voleybol yarışlarında 24 komanda və 336 idmançı mübarizə aparır.

09:03

“Bakı-2015” birinci Avropa Oyunları davam edir.

İyunun 14-də - “Baku Crystal Hall”da keçirilən voleybol yarışının ikinci günündə kişi idmançıların mübarizəsi başlayıb.

Publika.az-ın məlumatına görə, gün ərzində 6 qarşılaşma oynanılacaq. “A” qrupunda çıxış edən Azərbaycan millisi Finlandiya ilə qarşı-qarşıya gələcək. Bu qrupun digər görüşlərində Serbiya və Türkiyə, Polşa ilə Fransa milliləri qarşılaşacaq.

“B” qrupunda isə Slovakiya-İtaliya, Belçika-Bolqarıstan və Almaniya-Rusiya oyunları keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm