Bakı 2015: Stadnikin çempionluğunu İlham Əliyev canlı izlədi! - CANLI YAYIM - FOTOLAR (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Stadnikin çempionluğunu İlham Əliyev canlı izlədi! - CANLI YAYIM - FOTOLAR (YENİLƏNİR)

55 kq çəki dərəcəsində bürünc medal uğurunda görüşdə təmsilçimiz Nataliya Sinişin Ukrayna idmançısı Tetyana Kitlə qarşılaşıb. Xanım güləşçimiz rəqibindən üstün olub - 10:0. Beləliklə, Sinişin bürünc medal qazanıb.

19:20

Finala qədər irəliləyən təmsilçimiz Mariya Stadnik (48 kq) bu mərhələdə bolqaristanlı Elitsa Yankova ilə qarşılaşıb. Böyük ümidlər bəslənən idmançımız finalda da özünü doğruldub. Görüşün ilk hissəsində 10:1 öndə olan idmançımız növbəti taymda da üstünlüyünü qoruyub.

Beləliklə, idmançımız Avropa Oyunlarının tarixinə düşüb. Çətinlik çəkmədən qazandığı qələbəni kürəyində Azərbaycan bayrağı və cəngi sədaları ilə bayram edib.

Görüş 12:1 hesabıyla başa çatıb.bu qarşılaşmanı ölkə başçısı İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva da tribunadan izləyib.

11:55

Təmsilçimiz Nataliya Sinişin (55kq) 1/2 finalda isveçli Sofia Mattssona 5:6 məğlub oldu. O, bürünc uğrunda görüşə qatılacaq.

Mariya Stadnik finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. 48 kq-da mübarizə aparan Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.

11:42

1/4 finalda təmsilçimiz Nataliya Sinişin (55kq) türkiyəli idmançı Bediha Günü 0:12 - təmiz qələbə ilə məğlub edib. Onun 1/2 finaldakı rəqibi isveçli Sofia Mattsson olacaq.

10:30

1/8 finalda təmsilçimiz Yuliya Ratkeviç (60 kq) bolqarıstanlı Taybe Yuseinyə məğlub olub. Görüş 4:14 hesabıyla rəqibin xeyrinə bitib.

10:26

48 kq çəki dərəcəsində 1/8 finalda portuqaliyalı Lilian Santos ilə qarşılaşan təmsilçimiz Mariya Stadnik rəqibinini 12:2 hesabla məğlub edib. Bununla da o, 1/4 finala yüksələn ikinci qadın güləşçimiz olub.

10:10

Güləşçimiz Natalya Sinişin mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşlı idmançı 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb.

09:57

Bu gün Avropa Oyunlarında qadınlar arasında sərbəst üsuldə güləş yarışlarına start verilir.

Publika.az xəbər verir ki, xanım güləşçilər bu gün 4 çəki dərəcəsində mübarizə aparacaq.

48 kq

Mariya Stadnik sərbəst üsulla güləşdə Portuqaliya nümayəndəsi Liliana Kosta Dos Santosla görüşəcək. İdmançımız saat 10:21-də döşək üzərinə çıxacaq.

55 kq

Natalya Sinişin İtaliyadan Patrisia Luizzi ilə 1/8 finalda üzləşəcək. Görüş saat 10:00-da başlayacaq.

60 kq

Yuliya Ratkeviç 60 kq çəki dərəcəsində Bolqarıstandan Talbe Yusinlə görüşəcək. Güləşçilər xalça üzərinə saat 10:14-də çıxacaq.

69 kq

Nadia Muşka isə 69 kq çəki dərəcəsində Rusiyadan Natalya Vorobyova ilə görüşəcək. Görüş 10:49-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm