Ərdoğan Azərbaycan bayrağını qaldıran güləşçinin yarışını telefonla izlədi - FOTO
Bizi izləyin

Bakı 2015

Ərdoğan Azərbaycan bayrağını qaldıran güləşçinin yarışını telefonla izlədi - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə gedərkən, "Bakı 2015" birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarında 130 kq dərəcəsində qızıl medal qazanan və Türkiyə bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da qaldıran Riza Kayaalpın yarışını izləyib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti bu yarışı Bakıdan Ankaraya uçarkən, mobil telefonu vasitısilə izləyib.

Daha sonra Ərdoğan Türkiyə Milli Komandasının qalib gələn üzvləri Enes Erkan, Rıza Kayaalp, Burak Uygur və Serap Özçelikə təbrik fotosu göndərib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm