Bakı 2015: Kişi gimnastlarımız medallarımızın sayını artırdı - CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Kişi gimnastlarımız medallarımızın sayını artırdı - CANLI YAYIM (YENİLƏNİR)

Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında idman gimnastikası üzrə çöxnövçülükdə komanda yarışları yekunlaşıb.

Publika.az xəbər verir ki, birinci yeri Rusiya komandası, ikinci yeri Almaniya komandası tutub.

Niderland gimnastları isə üçüncü yerlə kifayətləniblər.

17:20

Bakı 2015 Avropa Oyunlarında kişilər arasında idman gimnastikası üzrə çöxnövçülükdə komanda yarışları yekunlaşıb.

Publika.az xəbər verir ki, birinci yeri 178.963 xalla Rusiya komandası tutub. İkinci yeri isə 177.429 xalla Ukrayna komandası qazanıb.

Oleq Stepko, Eldar Səfərov və Petro Paxnyukdan ibarət Azərbaycan komandası isə 174.195 xalla üçüncü yerdə qərarlaşıb.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb.

16:05

İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığması bürünc medalın bir addımlığındadır.

Publika.az xəbər verir ki, komanda yarışlarında 174,195 xal toplayan komandamız yalnız Rusiya və Ukrayna idmançılarından geri qalır.

Hazırda keçirilən yarışlarda komandaların Azzərbaycan millisini üstələyəcəyi inandırıcı görünmür.

Xatırladaq ki, turnir cədvəlinə Rusiya başçılıq edir. Şimal qonşumuz ümumilikdə 178,963 xal toplaya bilib. Ikinci yerdə isə Ukraynadır. Bu komandanın 177,429 xalı var.

16:05

Azərbaycan gimnastları Bakıda I Avropa Oyunları çərçivəsində yarışların ikinci günündə çıxış ediblər.

Publika.az xəbər verir ki, kişilər arasında idman gimnastikası üzrə təsnifat mərhələsində Azərbaycanı Oleq Stepko, Eldar Səfərov və Pyotr Paxnyuk təmsil edirlər.

Qadınlar arasında idman gimnastikası üzrə təsnifat mərhələsində isə ölkəmizi Marina Nekrasova, Yuliya İnşina və Kristina Pravdina təmsil edirlər.

Azərbaycan atletləri ölkəni kişi və qadınlar arasında idman gimnastikası üzrə komanda yarışlarında da təmsil edir.

Kişi gimnastlarımızdan Oleq Stepko Ukrayna və Rusiya idmançılarından sonra üçüncüdür. O, 88,231 xal qazanıb.

Ümumilikdə qadınlar arasında fərdi hesabda 80 gimnast, kişilər arasında 73 gimnast, komanda yarışlarında isə qadınlar arasında 25 komanda, kişilər arasında 26 komanda iştirak edir.

11:45

İdman gimnastikası üzrə çoxnövçülük yarışların təsnifat mərhələsinin ikinci günün liderləri müəyyənləşib.

Kişilər arasında komanda yarışlarında İspaniya gimnastları (114,160) birinci, Böyük Britaniya komandası (114,064) ikinci yerdədir.

Qadınlar arasında komanda yarışlarında britaniyalılar üstün olub. 107,964 xal toplayan ingilislər birincidir. 98,698 xalla Ukrayna ikinci, 95,964 xalla Belarus üçüncüdür. Millimiz 49,098 xalla 18-ci pillədədir.

10:33

Birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının 2-ci gününə start verilib.

Publika.az xəbər verir ki, bu gün həm kişi, həm qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.

Qeyd edək ki, ötən gün idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə əsasən kişilər arasında fərdi yarışlarda üç hərəkətdən (sərbəst hərəkətlər, at üzərində hərəkətlər, halqalar) sonra ukraynalı Oleq Vernyayev (45,000) liderdir. Rusiya idmançısı David Belyavski bu günün ikincisi olub (44,000). Ölkəmizi təmsil edən Oleq Stepko isə hesabında 43,899 xalla üçüncü pillədədir.

Kişilər arasında komanda yarışlarında Ukrayna gimnastları (88,598) birinci, Rusiya komandası (88,199) ikinci, Azərbaycan gimnastları isə (86,098) üçüncü pillədə qərarlaşıb.

Qadınlar arasında komanda yarışlarında Rusiya komandası 60,165 xalla birinciliyini qoruyur. İkinci pillədə Almaniya gimnastları (58,066), üçüncü isə Macarıstan (55,964) idmançılarıdır.

Qadınların fərdi yarışlarında iki hərəkətin (müxtəlif hündürlüklü qollar, dayaqla tullanma) yekununa görə rusiyalı Aliya Mustafina ən yüksək nəticə göstərib. İkinci və üçüncü yerləri də onun həmyerliləri tutublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm