Çexiyalı tennisçi: "Özümüzü toparlayıb qalib gələ bildik"
Bizi izləyin

Bakı 2015

Çexiyalı tennisçi: "Özümüzü toparlayıb qalib gələ bildik"

Birinci Avropa Oyunlarında Stolüstü tennis üzrə komanda yarışlarında bürünc medal qazanan Çex Respublikasının idmançıları öz təəssüratlarını bölüşüblər.

Oyundan sonra Publika.az-a açıqlama verən çexiyalı tennisçilər Hana Matelova və Renata Strbikova öz sevinclərini gizlətməyiblər:

"Bürünc medal qazandığımız üçün çox sevinirik. Ukrayna komandası çox güclü idi. Amma biz daha yaxşı mübarizə apardıq və qalib gəldik”.

Hana Matelova yarımfinalda Almaniyaya məğlub olmalarına da toxunub:

"Almaniya çox güclüdür. Onlar yarışın əsas favoritidir. Biz əlimizdən gələni etsək də, məğlub olduq. Amma sevinirəm ki, bu gün biz özümüzü toparlayıb bürünc medalı qazana bildik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm