Britaniyalı gimnast: “Azərbaycan çox gözəl ölkədir”
Bizi izləyin

Bakı 2015

Britaniyalı gimnast: “Azərbaycan çox gözəl ölkədir”

"Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir və mən Böyük Britaniya komandası tərkibində bu yarışlarda iştirak etdiyim üçün fəxr edirəm".

Bu sözləri Publika.az-a Böyük Britaniyadan olan gimnast Çarli Fellovs deyib.

O bildirib ki, Avropa Oyunları idmançılar üçün böyük təcrübədir:

"Burada güclü gimnastlar mübarizə aparır, medal uğrunda gərgin mübarizə gedir. Təbii ki, belə güclü yarışmalar idmançıların inkişafına böyük təsir göstərir".

Birinci dəfə Azərbaycanda olduğunu deyən Ç.Fellovs ölkəmizi çox bəyəndiyini diqqətə çatdırıb:

"Birinci dəfədir ki, Azərbaycana gəlirəm, çox gözəl ölkədir, insanlar çox qonaqpərvər və mehribandır, həqiqətən burada olmaqdan zövq alıram. Bizim üçün burada çox gözəl şərait yaradılıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm