Gimnastlarımız: “Daha yaxşı ola bilərdi...”
Bizi izləyin

Bakı 2015

Gimnastlarımız: “Daha yaxşı ola bilərdi...”

Gimnastika üzrə milli komandanın üzvləri Kristina Pravdina, Marina Nekrasova və Yuliya İnşina Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüblər.

Publika.az xəbər verir ki, göstərdikləri nəticədən narazı qalan gimnastlar qarşıdan gələn yarışlara ciddi hazırlaşacaqlarını deyiblər:

“Daha yaxşı nəticə göstərə bilərdik. Ən azından ilk onluqda ola bilərdik. Çox təəssüf ki, səhvlərimiz oldu. Amma buna baxmayaraq, Ukraynanı geridə qoya bildik.

Qarşıdan dünya çempionatı gəlir. Çalışacağıq ki, burada buraxdığımız səhvləri çempionatda təkrar etməyək. Bundan əlavə, qarşıda universiada var. Çalışacağıq ki, universiadadan ölkəmizə medalla dönək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm