Bakı 2015: Taekvondoçularımız rəqiblərini tanıdı
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Taekvondoçularımız rəqiblərini tanıdı

İlk Avropa Oyunlarında taekvondo yarışlarının püşkü atılıb.

Publika.az xəbər verir ki, 4 gün davam edəcək mübarizədə Azərbaycan millisinin üzvləri də ilk rəqiblərini tanıyıblar.

İyunun 16-da tatamiyə çıxacaq Məhəmməd Məmmədov (58 kq) Oyunlara israilli Gili Haimovitslə start verəcək. Görüş saat 10:45-də başlayacaq.

Həmin gün saat 10:30-da Patimat Abakarova (49 kq) rusiyalı Aleksandra Liçaqina ilə yarışacaq.

İyunun 17-də çəkisi 68 və 57 kq olan taekvondoçular mübarizə aparacaqlar. Təmsilçilərimizdən Ayxan Tağızadə (68 kq) saat 10:45-də Yure Pantarı (Sloveniya), Günay Ağakişiyeva (57 kq) saat 10:30-da Draqana Qladoviçi (Serbiya) sınağa çəkəcək.

Püşk iyunun 18-də tatamiyə çıxacaq Milad Beiqi Harçeqaniyə (80 kq) serbiyalı Damir Feyziçi qismət edib. Qarşılaşma saat 10:45-də başlayacaq. Həmin gün 10:30-da tatamiyə çıxacaq Fəridə Əzizova (67 kq) Coys van Baarenlə (Hollandiya) qarşılaşacaq.

Komanda yoldaşlarından fərqli, yarışlarının son günü – iyunun 19-da yarışa qatılacaq Radik İsayev (+80 kq) ilkin mərhələdən azaddır. Qadınlardan ibarət millimizin ən ağır çəkili idmançısı Marina Tedeyeva (+67 kq) Marina Konyeva (Ukrayna) ilə döyüşəcək. Qarşılaşmanın start fiti saat 10:15-də veriləcək.

Qeyd edək ki, taekvondo yarışları Kristal Zalda olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm