Stolüstü tennis: Bürünc medal Avstriyanın oldu - CANLI YAYIM (YENİLƏNİR)
Bizi izləyin

Bakı 2015

Stolüstü tennis: Bürünc medal Avstriyanın oldu - CANLI YAYIM (YENİLƏNİR)

Cütlüklərin yarışında Patrik Baum, Dmitriy Ovçarov duetini məğlub edən Fegerl Stefan və Daniel Habesohn Avstriyaya bürünc medal qazandırıblar.

17:36

İkinci görüşdə Almaniya təmsilçisi Timo Boll iştirak etmədiyinə görə Avstriyaya texniki qələbə verilib. Ümumi hesab 2-0 avstriyalıların xeyrinədir.

17:26

İlk görüşü avstriyalılar qalib başa vurdu. Daniel Habesohn Patrik Bauma 3-0 hesabı ilə qalib gəldi. Avstriya ümumi hesabda 1-0 önə keçdi.

17:10

İlk Avropa Oyunlarında kişilər arasında stolüstü tennis üzrə komanda yarışlarına bu gün yekun vurulacaq.

Publika.az xəbər verir ki, hazırda bürünc medal uğrunda Almaniya və Avstriya milliləri mübarizə aparır.

Saat 20:00-da isə Fransa ilə Portuqaliya arasında final matçı keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm