Türkiyəli gimnast: “Hər şey hələ qabaqdadır” - FOTO
Bizi izləyin

Bakı 2015

Türkiyəli gimnast: “Hər şey hələ qabaqdadır” - FOTO

Türkiyənin gimnastika üzrə yığma komandasının üzvü Tutya Yılmaz Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, 16 yaşlı gimnast Bakı 2015 I Avropa Oyunlarını təcrübə qazanmaq baxımından mühüm hesab edir:

“Bir növdə çətinliyim var idi. Buna baxmayaraq, medala iddialıyam. Hər şey hələ qabaqdadır. Topladığım xal Olimpiya oyunlarında iştirak etməyə yetərlidir. Hələ 16 yaşım var. Bu çempionat təcrübə toplamaq baxımından çox yaxşıdır. Azərbaycana gəlincə, əlavə sözə ehtiyac yoxdur. Hər şey yüksək səviyyədədir. Ölkə gözəl, insanlar gözəl”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm