İsveçrəli idmançı: “Medal qazanmaq olduqca çətindir”
Bizi izləyin

Bakı 2015

İsveçrəli idmançı: “Medal qazanmaq olduqca çətindir”

"Avropa Oyunları özünəməxsus və çox gözəl bir yarışmadır. Bu yarışma idmanın inkişafına yaxşı təsir edir".

Publika.az xəbər verir ki, bunu İsveçrənin idman gimastikası üzrə qadınlardan ibarət komandasının üzvü Cesika Diaci bildirib.

O qeyd edib ki, bu Oyunlarda iştirak etmək onun üçün çox faydalı olub və yeni təcrübə qazanıb: "Burada çox güclü gimnastlar iştirak edirlər. Medal qazanmaq olduqca çətindir".

Komandanın digər üzvü Katerina Barloqqio da Avropa Oyunlarının onun üçün əhəmiyyətli olduğunu qeyd edib: "Avropa Oyunları çox yaxşı ideyadır. Bu Oyunlar idmana yeni ənənə gətirdi və gənc idmançılar üçün bir şans yaratdı".

Hər iki idmançı onlar üçün Atletlər kəndində yaradılan şəraitdən və yarışların keçirildiyi Milli Gimnastika Arenasının imkanlarından çox razı qaldıqlarını bildirib. Azərbaycana ilk dəfə gəldiklərini deyən gimnastlar ölkəmizi çox bəyəndiklərini bildiriblər.

Gimnastlar boş vaxtlarında Bakıda gəzməyə çıxmaq və milli xörəklərin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm