Polşa gimnastları: “Belə olmalı idi...”
Bizi izləyin

Bakı 2015

Polşa gimnastları: “Belə olmalı idi...”

Gimnastika üzrə Polşa millisinin üzvləri I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşüblər.

Publika.az xəbər verir ki, medal qazana bilməyən komanda nikbinliyini itirməyib:

“Həm qadınlarımız, həm də kişi idmançılar ilk onluğa düşə bilmədi. Bununla belə, deyə bilərik ki, nəticə göz qabağındadır, belə olmalı idi. Çünki zəif nəticə göstərdik. Ümid edirik ki, yol verdiyimiz səhvləri gələcəkdə təkrar etməyəcəyik. Azərbaycan, Rusiya və Almaniya yığması çox güclü idi”.

Xatırladaq ki, Polşanın kişilərdən ibarət yığması 24-cü, qadınlardan ibarət gimnasitka komandası isə 11-ci yerlə kifayətlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm