Mariya Stadnik: "Göyün 7-ci qatındayam"
Bizi izləyin

Bakı 2015

Mariya Stadnik: "Göyün 7-ci qatındayam"

İlk Avropa Oyunalarında qızıl medal qazanaraq idman tarixinı düşən təmsilçimiz Mariya Stadnik media mənsubları ilə təəssüratlarını bölüşüb.

Publika.az xəbər verir ki, qızıl medalçımız qələbəsimə görə çox sevimvli olduğunu deyib:

"Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu mənim üçün böyük şərəfdir. Mən həm də Avropa Oyunlarının elçisi idim, daha sonra məşəli daşıyanlardan biri oldum. İndi isə həm də Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm. Çox razıyam ki, bu gün məni bu qədər tamaşaçı dəstəklədi. Onlara minnətdaram. İlk növbədə, Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı bildirirəm. Mən gözəl güləş göstərmək istəyirdim ki, hamının xoşuna gəlsin. Ona görə də indi sevincimdən göyün 7-ci qatındayam".

Yarış boyu bütün rəqiblərinə vaxtından əvvəl qalib gələn Azərbaycan güləşçisinin sözlərinə görə, o, başqa cür edə də bilməzdi.

Rəqiblərindən nisbətən polşalı idmançını fərqləndirən Mariya ondan qorxmasa da, hər halda ona qarşı rahatlaşmadığını bildirib. Ümumiyyətlə isə o, dünya səviyyəsində rus və yapon güləşçiləri digərlərindən daha güclü hesab etdiyini deyib.

O, karyerası ərzində onun üçün hansı medalın əziz olduğunu da açıqlayıb: "Yəqin ki, uşaq vaxtı qazandığım medallar daha əzizdir. Çünki mən onları alanda böyük emosiyalar yaşayırdım. O vaxt bu mənim üçün böyük xoşbəxtlik idi".

Güləşçimiz təltifetmə mərasimində bu dəfə Azərbaycan himnini özünün də oxumasına aydınlıq gətirib: "Bəli, bu dəfə özüm də oxudum. Axır ki, az da olsa, müəyyən qədər əzbərləyə bildim. İlk dəfə idi ki, himni oxuyurdum. Sadəcə, hər dəfə qulaq asırdım. Bəlkə də nəyisə düz oxumuram, çünki özüm öyrənmişəm".

O, hətta sonda Azərbaycan dövlət himnindən bir parçanı təkrarən oxumaqdan çəkinmədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm