• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropa Oyunlarının rəsmi simvolları bəzədilmiş panno qalibə verildi - FOTOLAR

Avropa Oyunlarının rəsmi simvolları bəzədilmiş panno qalibə verildi - FOTOLAR

Tanınmış modelyer Gülnarə Xəlilova I Avropa Oyunlarının rəsmi simvolları ilə əl işi olan pannonu Avropa Oyunlarının qalibi Rafael Ağayevə təqdim edib.

Publika.az xəbər verir ki, Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Narı əks etdirən panno təntənəli şəkildə Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təqdim olunub.

Avropa Oyunlarının rəsmi talismanları Ceyran və Nar Azərbaycan təbiəti və mədəni irsinin simvolları olmaqla Azərbaycanın şanlı tarixini və perspektivli gələcəyini əks etdirir.

Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda dövlət tərəfindən qorunan heyvan növlərindən biridir.

Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Bu şəhərdə hər il ənənəvi Nar bayramı keçirilir. Nar həyat və enerjinin simvoludur.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR