Bakı-2015: Güləşçilərimiz daha bir qızıl medal qazandı - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı-2015: Güləşçilərimiz daha bir qızıl medal qazandı - CANLI YAYIM - YENİLƏNİR

Bürünc medal uğrunda görüşdə 58 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi İrina Netreba Norveç idmançısı Qreys Bullenlə qarşılaşıb. Ancaq rəqib idmançı 4 xal qazanmaqla yanaşı görüşü tam qələbə ilə başa vurub.

19:27

Bütün rəqiblərindən üstün olaraq finala yüksələn təmsilçimiz Anjela Doroqan (53kq) bu mərhələdə polşalı Roksana Zasina ilə qarşılaşıb. İlk hissəni idmançımız 2:0 məğlub bitirib.

Ancaq əzimkarlığı xanım güləşçimiz ilə ikincinci taymda xalları bərabərləşdirə bilib. Görüşün güləşçimizin xeyrinə başa çatdığı deyilsə də, rəqib idmançının məşqçisi buna etiraz edib. Ancaq etiraz qəbul olunmayaraq idmançımızın aktivinə bir xal da yazılıb. Beləliklə idmançımız tarixi idman yarışında tarix yazaraq qızıl medal qazanıb. Anjela kürəyində Azərbaycan bayrağı ilə çəngi sədaları altında meydanda dövr edib.

17:50

Anjela Doroqan (53 kq) yarımfinalda moldovalı rəqibi Natalia Bududan 5:2 üstqn olaraq finala yüksəlib. O, finalda polşalı Roksana Zasinə ilə münasibətlərinə aydınlıq gətirəcək. Görüş saat 19:14-də başlayacaq.

Təmsilçimiz İrina Netreba (58kq) isə macar rəqibi Emesa Barkaya 5:2 uduzub. Bürünc uğrunda mübarizəni davam etdirən İrina saat 19:27-də norveçli Qrase Bullinlə gücünü yoxlayacaq.

11:40

Xanım güləşçilərimizdən ikisi 1/2 finala yüksəlib. 53 kq-da Anjela Doroqan, 58 kq çəki dərəcəsində isə İrina Netreba.

Anjela Doroqan yarımfinalda maldovalı Natalia Budu ilə qarşılaşacaq. İrina Netreba isə macaristanlı Emese Barka ilə üz-üzə gələcək. Hər iki idmançımız finalın bir addımlığındadır.

11:29

Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/4 finalda Bolqarıstan idmançısı Mimi Hristova ilə güləşib.

Güləşçimiz güclü rəqibi ilə keçən gərgin mübarizədə 6:4 hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.

75 kq çəki dərəcəsində 1/8 finalda mübarizə aparan xanm güləşçimiz Gözəl Zutova ukraynalı Oksana Vaşçukla üz-üzə gəlib. İdmançımız 2:4 hesabı ilə görüşü məğlub bitirib.

10:33

1/8 finalda 63 kq-da mübarizə aparan idmançımız Elmira Qəmbərova isə isveçli rəqibi Henna Yohanssona 0:4 hesabıyla uduzub.

10:27

1/8 finalda təmsilçimiz İrina Netreba (58 kq) İtaliya idmançısı Karola Rainero ilə qarşılaşıb.

Güləşçimiz görüşün ilk dəqiqələrində 2:0 uduzsa da, sonradan görüşü 4:6 hesabıyla öz xeyrinə bitirib. Bununla da Netreba 1/4 finala vəsiqə qazanıb. İrina Netreba (58 kq) 1/4 finalda bolqarıstanlı Mimi Hristova ilə qarşılaşacaq.

10:00

Bu gün Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.

53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan 1/8 finalda türkiyəli Merve Kengerlə qarşılaşacaq. Görüş saat 10:49-da başlayacaq.

58 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz İrina Netraba ilk mərhələdə italiyalı Karola Raynero ilə görüşəcək. Qarşılaşma bu gün saat 10:14-də keçiriləcək.

63 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Elmira Qəmbərova birinci görüşünü isveçli Henna Yohanssona qarşı keçirəcək. Görüş saat 10:28-də başlayacaq.

75 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Gözəl Zutova ukraynalı Oksana Vaşçukla görüşəcək. Qarşılaşma 10:56-da start götürəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm