Bakı 2015: Avarçəkmədən daha bir medal - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Avarçəkmədən daha bir medal - CANLI YAYIM - YENİLƏNİR

İnna 200 metr məsafədə final yarışında qüvvəsini sınayıb. O, 42,091 saniyə nəticə ilə yarışı 6-cı pillədə başa vurub.

Təmsilçimiz Valentin Demyanenko Avropa Oyunlarının gümüş mükafatını qazanıb. O, kanoeçilərin 200 metr məsafəyə yarışında 40,142 saniyə nəticə ilə 2-ci olub.

Demyanenko yarışın qalibi olan latviyalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. Çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə finiş xəttini 7-ci keçib.

15:07

Kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Radomska-Osipenkonun ilk cəhdi uğursuz olub. Təmsilçimiz 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Məsafənin yarısınadək liderlik edən idmançınız 2.05,583 nəticəyə imza atıb. Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib - 2.03,569. Çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.

İnna saat 15:05-də 200 metr məsafədə final yarışına çıxacaq. Kaneoçilərin 200 metr məsafəyə yarışı 15:15-də start götürəcək. Təmsilçimiz Valentin Demyanenko də mükafat uğrunda mübarizə aparacaq.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxacaq. Bu yarış saat 15:10-da başlayacaq.

10:45

Bakı 2015 I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulacaq.

Publika.az xəbər verir ki, kanoe və kayaklarda mübarizə aparan idmançılar 10 dəst medal uğrunda mübarizə aparacaq.

Belə ki, Mingəçevirdə keçirilən yarışda final mərhələsinin yürüşləri baş tutacaq.

5 dəst medal 200 metr məsafəyə yarışda müəyyənləşəcək. Həm kişilər, həm qadınlar tək və cütlüklərin kayak yarışlarında qələbə uğrunda mübarizə aparacaq. Bundan başqa, kişi kanoeçilərin tək yarışlarına da yekun vurulacaq.

Qadınların tək və cütlüklərin kayak yarışlarında 500 metr məsafədə də çıxış edəcək. Kişilər isə dördlük kayaklarda 1000 metr məsafədə qüvvəsini sınayacaq.

Kişi və qadınların 5000 metr məsafədə kayaklarda yarışına da bu gün yekun vurulacaq.

Bu gün Azərbaycan millisinin 3 təmsilçisi də final mərhələsinin iştirakçısı olacaq. İnna Radomska-Osipenko kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparacaq. O, saat 11:06-da 500, 15:05-də 200 metr məsafədə final yarışına çıxacaq.

Kanoeçilərin 200 metr məsafəyə yarışı 15:15-də start götürəcək. Təmsilçimiz Valentin Demyanenko də mükafat uğrunda mübarizə aparacaq.

Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxacaq. Bu yarış saat 15:10-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm