Bakı 2015: İki tennisçimiz mübarizəni dayandırdı - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı 2015: İki tennisçimiz mübarizəni dayandırdı - YENİLƏNİR

Bakı 2015 I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarına start verilib.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri də bu gün mübarizəyə qoşulub. Qadınların yarışında Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşla qarşılaşıb. Tennisçimiz 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Məryəm İmanova ispaniyalı Qalla Dvorakla üz-üzə gəlib. Bu görüşdə də təmsilçimiz məğlubiyyətə düçar olub. Yekun nəticədə 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzan İmanova da mübarizəni dayandırıb.

Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov saat 17:00-da polşalı Jenqyi Vanqla görüşəcək. Saat 19:00-da Fərhad İsmayılov ilk oyununa çıxacaq. O, italiyalı Matey Boboçika ilə qarşılaşacaq.

11:20

Azərbaycan təmsilçiləri də bu gün mübarizəyə qoşulacaq. Saat 11:00-da başlayacaq qadınların yarışında Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşu sınağa çəkəcək. Məryəm İmanova ispaniyalı Qalla Dvorakla üz-üzə gələcək. Bu oyun saat 14:00-da start götürəcək.

Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov saat 17:00-da polşalı Jenqyi Vanqla görüşəcək. Saat 19:00-da Fərhad İsmayılov ilk oyununa çıxacaq. O, italiyalı Matey Boboçika ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm