• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Taekvondoçularımız qələbəni şərh etdi

Taekvondoçularımız qələbəni şərh etdi

7:1 hesabı ilə rusiyalı Aleksandra Liçaqinaya qalib gələn Azərbaycan taeokvondoçusu Patimat Abakarova keçirdiyi görüş barədə danışıb.

Publika.az-a açıqlama verən idmançı yarışın gərgin keçdiyini söyləyib: “Çox şadam ki, növbəti mərhələyə keçdim. Oyunumu revanş adlandıra bilərəm. Daha yaxşı nəticə əldə etmək niyyətindəyəm. Qızıl medal qazanmaq istəyirəm”.

O, Avropa Oyunlarının təşkilinə də toxunub: “Birinci Avropa Oyunları ilə bağlı görülən təşkilati işlər həyatımda gördüyüm ən yüksək səviyyədə iş idi”.

İsrailli Gili Haimovitz 7-4 hesabı ilə qalib gələn azərbaycanlı Məhəmməd Məmmədov da qələbə təəssüratlarını bölüşüb: “Rəqibim çətin rəqib idi. İsrail təmsilçisi ilə döyüşüm çətin keçdi. Allaha şükür, bu turdan keçdim, inşallah davamı olar Növbəti yarışda rəqibim ispaniyalıdır. Allahın köməkliyi ilə ona da qalib gələrəm”.

Qeyd edək ki, hər iki idmançımız 1/4 finala vəsiqə qazanıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR