Su polosu: beşinci günün yekunu - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Bakı 2015

Su polosu: beşinci günün yekunu - FOTO (YENİLƏNİB)

“Bakı-2015” birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci günü artıq başa çatıb.

Gün ərzində kişilərin mübarizəsində 13-16-cı yerlər üzrə yarımfinalda Türkiyə Ukrayna komandasına 11:9, Azərbaycan isə Malta yığmasına 8:7 hesabı ilə qalib gəlib.

Kişilərin yarışının təsnifat mərhələsində mübarizə aparan Rusiya Monteneqro yığmasını 11:8, Yunanıstan isə Fransa kollektivini 16:7 hesabı ilə məğlub edib. Bu mərhələdə Almaniya-Slovakiya oyununun nəticəsi almanların xeyrinə başa çatıb - 13:7. Günün sonunda kişilərin mübarizəsində Serbiya Rumıniyanı 8:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Qadınların mübarizəsində “A” qrupunda Yunanıstan İsrail komandasını 19:4, Niderland isə Almaniyanı 16:4 hesabı ilə məğlub edib. Bu qrupun digər oyununda isə Macarıstan yığması 16:4 hesabı ilə Böyük Britaniya komandasının azarkeşlərini məyus edib.

Qadınlar arasında yarışların “B” qrupunda yer alan İtaliya yığması Slovakiya millisinə 18:7 hesabı ilə qalib gəlib. Bu qrupda mübarizə aparan Rusiya böyük xal fərqi ilə Serbiya komandasını məğlub edib - 28:3. “B” qrupunun digər oyununda – İspaniya-Fransa qarşılaşması 20:5 hesabı ilə nəticələnib.

Su polosu, kişilər

16 iyun

13-16-cı yerlər uğrunda

Ukrayna - Türkiyə - 9:11

Azərbaycan - Malta - 8:7

Təsnifat mərhələsi

14:15. Rusiya - Monteneqro

16:00. Yunanıstan - Fransa

18:00. Almaniya - Slovakiya

19:45. Serbiya - Rumıniya

Qadınlar

A qrupu

Yunanıstan - İsrail - 19:4

Almaniya - Hollandiya - 4:16

18:00. Macarıstan - Böyük Britaniya

B qrupu

Slovakiya - İtaliya 7:18

Rusiya - Serbiya 28:3

19:45. İspaniya - Fransa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm