Bakı 2015: Boksçular rinqə çıxır
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Boksçular rinqə çıxır

60 kiloqram çəki dərəcəsində Türkiyəni təmsil edən Yılmaz Yasin almaniyalı Atdhe Gashi ilə qarşılaşıb.

Rəqibinə aman verməyən qardaş dövlətin təmsilçisi görüşün taleyini ilk raundda həll edib. Döyüş Yılmaz Yasinin tam qələbəsi ilə başa çatıb.

***

Bu gün "Baku Cristal Hall"da Bakı 2015 Birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.

Publika.az xəbər verir ki, ilk olaraq rinqə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıblar. Bu çəki dərəcəsində İrlandiya, Belarus, Macarıstan, Polşa, Böyük Britaniya və Moldova təmsilçiləri çıxış edirlər.

Günün birinci yarısında 52, 60, 90 kiloqram, günün ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm