• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

MOK-da medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb

MOK-da medal qazanan azərbaycanlı idmançılar mükafatlandırılıb

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında I Avropa Oyunlarının Azərbaycandan olan mükafatçıları ilə ənənəvi görüş keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidenti Xəzər İsayev və Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak edib.

MOK rəsmiləri qızıl mükafatçı Mariya Stadnik (qadın güləşi, 48 kq), bürünc mükafatçılar Natalya Sinişin (qadın güləşi, 55 kq) və idman gimnastikası üzrə millimizin üzvlərini (Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərov) mükafatlandırıblar.

Xəzər İsayev çıxışında Azərbaycanın qarşıdakı günlərdə daha çox medallar qazanacağına inandığını bildirib. Ardından dünənki medalçılar bir-bir səhnəyə dəvət edilib və mükafatlarını alıblar.

Sonda isə dünən Azərbaycanın aktivinə medal yazdıran idmançılar növbə ilə xüsusi şərəf lövhəsinə imza atıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR