Məmmədov: “Adam öz vətənində keçirilən yarışda uduzanda pis olur”
Bizi izləyin

Bakı 2015

Məmmədov: “Adam öz vətənində keçirilən yarışda uduzanda pis olur”

Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə mübarizədə uduzub və mübarizəsini dayandırıb.

Publika.az-a açıqlamasında çıxışını dəyərləndirən Məmmədov uduzduğu üçün məyus olduğunu söyləyib: “İdmandır, iki rəqibdən biri udar, biri uduzar. Adam öz vətənində keçirilən yarışda uduzanda pis olur. Avropa Oyunlarında uduzduğuma görə çox məyusam. Əgər rəqibim udsa, mən də 3-cü yer uğrunda mübarizə apara biləcəyəm”.

Diqqətsizlik etdiyini deyən idmançı söyləyib: “Burada hər hansı səhv hər şeyi korlaya bilər. 1 xal buraxdınsa, tələskənlik olur və uduzmalı olursan”.

Qeyd edək ki, 17 yaşlı M.Məmmədov 2014-cü il Yeniyetmələr arasında Dünya Çempionatında və 2013-cü il Yeniyetmələr arasında Avropa Çempionatında 1-ci yeri qazanıb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm