İdmançılarımız “Günaydın”ın qonağı olub
Bizi izləyin

Bakı 2015

İdmançılarımız “Günaydın”ın qonağı olub

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bu gün “Günaydın” verilişinin qonağı olub. O, bu il karatenin ilk Avropa Oyunlarına daxil edilməsi üçün Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edib.

“Ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm ki, karateni 20 idman növünün arasına daxil edib. Karate bu oyunlara daxil edilməsəydi, 4 qızıl medal da olmazdı. Bu 4 qızıl medal sensasiya oldu. Bu siyahıda 3 qızılla Türkiyə, ardınca Fransa, İspaniya və ən güclü dövlətlər gəlir. Azərbaycanın böyük ürəkli idmançıları bizdən qat-qat böyük olan dövlətlərin idmançıları ilə eyni meydanda məharətlərini nümayiş etdirdi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti özü bu açılış mərasimini və oyunları izlədi”.

Verilişdə qonaq olan qızıl medal sahibi Ayxan Mamayev də ürək sözlərini bildirib.

“Biz bu yarışa il yarımdır ki, hazırlaşırdıq. Yanvar ayından ciddi şəkildə məşq edirik. Yarışa hər çəki üzrə ən güclü idmançılar gəlmişdi. 2 ay öncə Avropa Çempionatında lisenziya xarakterli döyüşlər oldu. Çətin olsa da, şükürlər olsun qrupdan çıxdım. Yavaş-yavaş finala irəlilədim və qələbə qazandım. Ukraynalı rəqibim ilə döyüşərkən gözümdən zədə aldım. Almacıq sümüyüm sındı. Amma sona qədər döyüşdüm. Həkimlər bunu bilsəydi, məni uzaqlaşdıracaqdılar. Çünki səhhətim üçün təhlükəlidir. Amma mən bu yarışa il yarım idi ki, hazırlaşırdım. Çox şükürlər ki, qalib gəldi. Qələbəmi bütün Azərbaycana həsr edirəm”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm