Yasin Yılmaz: "Qələbəmlə qürur duyuram" - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Yasin Yılmaz: "Qələbəmlə qürur duyuram" - FOTOLAR

Avropa Oyunlarının boks yarışlarında 60 kiloqram çəki dərəcəsində ilk döyüşündə qalib gələn Türkiyə təmsilçisi Yasin Yılmaz qələbə təəssüratlarını bölüşüb.

Publika.az boksçunun eksklüziv müsahibəsini təqdim edir:

- Rəqibinə çox asanlıqla qalib gəldin. Ümumiyyətlə, ilk döyüşün haqqında nə düşünürsən?

- Görüş mənim üçün yaxşı keçdi. Qalib gəldiyim üçün çox sevinirəm. Ölkəmə bu qələbəni yaşatdığım üçün qürur duyuram. İnşallah, Avropa Oyunlarında qalib olacam.

- Döyüş başlayandan sona qədər səni dəstəkləyən azarkeşlər haqqında nə düşünürsən?

- Azarkeşlər çox möhtəşəm idi. Həqiqətən də biz bir millət, iki dövlətik. Burada özümü evimdəki kimi hiss edirəm. Məni dəstəkləyən bütün qardaşlarıma minnətdarlığımı bildirirəm.

- Birinci Avropa Oyunları haqqında nə deyə bilərsən?

- Bu oyunların Azərbaycanda keçirilməsi çox gözəldir. İstərdim ki, qardaş ölkədə Avropa Oyunlarının qalibi olum.

Yusif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm