Bakı 2015: Boks yarışlarına start verilib - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Boks yarışlarına start verilib - YENİLƏNİR

Boks yarışlarının ilk gününün ikinci yarısında otuzikidəbir final mərhələsi çərçivəsində 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində ümumilikdə 9 görüş keçiriləcək.

“Baku Cristal Hall”da rinqə Rumıniya, İspaniya, Ukrayna, İtaliya, İrlandiya, Rusiya, Macarıstan, Türkiyə, Serbiya, Danimarka, Çexiya, Estoniya, İsveç və Avstriya boksçuları cıxacaqlar.

18:17

Bu gün Bakı 2015 İlk Avropa Oyunlarının boks yarışlarına start verilib.

Publika.az xəbər verir ki, günün birinci yarısında 52, 60 və 91 kiloqram çəkidə görüşlər keçirilib.

Günün birinci yarısının nəticələrinə əsasən, 52 kiloqram çəki dərəcəsində Böyük Britaniya, Macarıstan, İrlandiya, 60 kiloqramda Türkiyə və Gürcüstan, 91 kiloqramda isə Almaniya, Macarıstan, Rusiya və İrlandiya boksçuları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

52 kq

Muhammed Ali (Böyük Britaniya) - Aleksandr Riskan (Moldova) 3:0

Nandor Csoka (Macarıstan) - Maciej Jozvik (Polşa) 3:0

Myles Casey (İrlandiya) - İvan Fiqurenka (Belarus) 3:0

60 kq

Atdhe Gashi (Almaniya) - Yasin Yılmaz (Türkiyə) TKO R-1

Artjoms Ramlavs (Latviya) - Otar Eranosyan (Gürcüstan) 0:3

91 kq

İonut İtaru (Rumıniya) Darren Oneill (İrlandiya) 0:3

Sadam Maqomedov (Rusiya) - Tadas Tamaşauskas (Litva) 3:0

Albon Pervizaj (Almaniya) - Viktor İalimov (Moldova) 3:0

Adam Hamori (Macarıstan) - Erik Tlkanek (Slovakiya) 3:0

91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Abdulqadir Abdullayev 1/8 finalda macarıstanlı Adam Hamori ilə üz-üzə gələcək.

Bu gün Azərbaycan idmançıları rinqə çıxmayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm