Qızıl medalçımız: “Erməni ilə güləşmək istərdim...” - FOTO
Bizi izləyin

Bakı 2015

Qızıl medalçımız: “Erməni ilə güləşmək istərdim...” - FOTO

75 kq çəki dərəcəsində yunan-Roma güləşində qızıl medal qazanaraq tarixə düşən idmançılarımızdan biri də Elvin Mürsəliyevdir. O, qələbəsi ilə bütün azarkeşlərə sevinc bəxş etdi.

Elvin qələbəsi ilə bağlı bu dəfə Publika.az-a danışdı.

- Təəssüratlarınız necədir? Belə bir yarışda güləşib qələbə qazanmaq necə hiss idi?

- Bu hisslər, bir sözlə, əvəzedilməzdir. Hər bir idmançının arzusudur ki, bu oyunlarda qızıl medal qazanaraq adını tarixə yazdırsın, elə mənim də. Şükürlər olsun ki, bu, mənə qismət oldu.

- Sizə çətinlik yaradan idmançı hansı idi?

- Çətin rəqibim Rusiya idmançısı idi. 3-cü görüşdə ona qalib gələndən sonra əmin oldum ki, inşallah, mən qızıl medalı qazanacam. Elə də oldu.

- Elə bir rəqibin oldumu ki, deyəsən kaş onunla güləşərdim?

- Erməni idmançı ilə qarşılaşmaq istərdim. Özümə güvənirdim. Bilirdim ki, hazırlığım yüksək səviyyədədir, mən onunla çıxsam, asan şəkildə qalib gələ bilərəm.

- Son görüşünlə bağlı istərdim fikirini bildirəsən.

- Həyəcanlı idim. Çünki müqəddərat həll olunan bir yarış idi. Bir saniyənin içində zədə də ala bilərsən, döyüşü saxlatdıra da bilər hakimlər. Ona görə hərtərəfli ehtiyatlı olmaq lazım idi. Amma mən özümə inanırdım ki, qızıl medalı qazanacam.

- Bundan sonra dünya çempionatı gözləyir sizi...

- İnşallah, 2 aydan sonra Amerikada keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaq istəyirəm. Çalışacam ki, buradakı uğurumu təkrarlayım. Dünya çempionatı Rio-de-Janeyra olimpiadasına vəsiqə xarakteri daşıyacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm