Su polosunda yarımfinalçılar bəlli oldu - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Su polosunda yarımfinalçılar bəlli oldu - YENİLƏNİB

"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların altıncı gününə yekun vurulub.

Günün birinci yarısında qadınlardan ibarət komandalar üz-üzə gəlib. Yarımfinala Rusiya, Yunanıstan, Niderland və İspaniya komandaları vəsiqə qazanıb.

Kişilərdən ibarət komandalar arasında yarımfinala çıxmaq uğrunda Rusiya-İspaniya (9:14), Yunanıstan-Macarıstan (15:13), Almaniya-Xorvatiya (12:18), Serbiya-İtaliya (8:7) görüşləri keçirilib. İspaniya, Yunanıstan, Xorvatiya və Serbiya yığmaları yarımfinalda oynamaq şansı əldə ediblər.

Kişilərin yarışında 13-14-cü yerlər uğrunda Azərbaycan-Türkiyə görüşü isə 6:11 hesabı ilə nəticələnib. Beləliklə, Azərbaycan yarış cədvəlində 14-cü yeri tutub.

18:17

Bakı 2015 I Avropa Oyunlarında su polosu üzrə kişi və qadınlardan ibarət komandaların mübarizəsində növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, baş tutacaq görüşlərdən sonra yarımfinal cütlükləri bəlli olacaq.

Qrupda keçirdiyi bütün oyunlarda məğlub olan, ardınca 15-16-cı yerlər uğrunda Maltaya qalib gələn Azərbaycanın kişilərdən ibarət komandası bu dəfə 13-cü yerlər uğrunda Türkiyə millisi ilə üz-üzə gələcək.

1/4 finalda Rusiya İspaniya, Almaniya Xorvatiya, Yunanıstan Macarıstan, Serbiya isə İtaliya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qadınlardan ibarət komandaların yarışında isə 2 yarımfinalçı artıq bəllidir. 1/2 finala adlayan Rusiya və Yunanıstan öz rəqiblərini gözləyirlər. Onların rəqibləri bu gün keçiriləcək Hollandiya – İtaliya və Macarıstan – İspaniya qarşılaşmalarından sonra bəlli olacaq.

Su polosu, kişilər

17 iyun

1/4 final

Rusiya – İspaniya 9:14

Yunanıstan – Macarıstan 15:13

18:00. Almaniya - Xorvatiya

19:45. Serbiya - İtaliya

9-12-ci yerlər uğrunda

18:00. Makedoniya - Slovakiya

19:45. Fransa – Rumıniya

13-14-cü yerlər uğrunda

Türkiyə - Azərbaycan 11:6

15-16-cı yerlər uğrunda

Ukrayna – Malta 13:8

Qadınlar

1/4 final

Hollandiya - İtaliya 12:18

Macarıstan - İspaniya 5:8

7-12-ci yerlər uğrunda

Böyük Britaniya - Serbiya 3:11

İsrail - Fransa 9:11

Oxumağa davam et
Reklam
Reklam

Gündəm