Kamandan oxatma: Uğursuzluq ard-arda gəlir - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Kamandan oxatma: Uğursuzluq ard-arda gəlir - YENİLƏNİR

Olqa Senyukla Taras Senyukdan ibarət qarışıq komandamız da İtaliya ilə görüşüb. 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə yenilən yığmamız çıxışını başa vurub.

12:57

Kişilərdən ibarət komandamız 1/4 finala vəsiqəni əlavə oyunda əldən verib. Belə ki, İtaliya ilə 1/8 final oyununda Aleksey Kopnin, Taaras Senyuk və Roman Vengerovdan ibarət komandamız 4:5 (0:2, 2:0, 2:0, 0:2, əlavə oyun 0:1) hesabı ilə uduzub. Bununla da yığmamız mübarizəni dayandırıb.

Qarışıq yığmamız da 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Olqa Senyukla Taras Senyukdan ibarət komandamız saat 15:25-də hədəf önünə keçəcək.

11:15

Olqa Senyuk, Nurlana Vəliyeva və Yaylagül Ramazanovadan ibarət millimiz 1/8 finalda Almaniyaya 0:6 hesabı ilə məğlub olub və növbəti mərhələyə adlaya bilməyib.

Digər iki yığmamız 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Kişilərdən ibarət komandamız saat 11:55-də, qarışıq yığmamız isə 15:25-də hədəf önünə keçəcək.

09:05

Bu gün Bakı 2015 Avropa Oyunlarında qadınlar arasında kamandan oxatma üzrə komanda çoxnövçülük yarışlarında 1/8 final mərhələsinin görüşləri başlayıb.

Publika.az xəbər verir ki, azərbaycanlı oxatanların rəqibləri almaniyalı idmançılar olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm