Bakı - 2015: Güləşçilərimizdən daha bir qızıl - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Bakı 2015

Bakı - 2015: Güləşçilərimizdən daha bir qızıl - FOTOLAR (YENİLƏNİB)

97 kq çəki dərəcəsində güləşən idmançıların da final görüşü baş tutub. Təmsilçimiz Xetaq Qazyumov gürcüstanlı rəqibi Elizbar Odikadze ilə qarşılaşıb.

Görüşün ilk hissəsində idmançımız 1:0 öndə olsa da növbəti taymda rəqib idmançı xalları bərabərləşdirib-1:1. Ancaq əzimkarlıq göstərən idmançımız daha 2 xalı aktivinə yazdıraraq hesabı 3:1 edib. Son saniyələrə qədər idmançımız bu fərqi qoruyub və Avropa Oyunlarının qızıl medalına layiq görülüb.

Beləliklə 97 kq çəki dərəcəsində bürünc medal Rusiya idmançısı Abdusalam Qadisova və Ukrayna İdmançısı Valeri Andritsevə, gümüş medal gürcüstan güləşçisi Elizbar Odikadzeyə, qızıl medal da Azərbaycanın bayrağını dalğalandıran Xetaq Qazyumova təqdim olunub. Qızıl medal mükafatını təmsilçimizə president İlham Əliyev özü təqdim edib

20:33

65 kq çəki dərəcəsində güləşən idmançıların mükafatlandırma mərasimiz baş tutub. Bürünc medal Rusiya idmançısı İlyas Bekbulatova və Türkiyə güləşçisi Mustafa Kayaka, gümüş medal İtaliya təmsilçisinə Frank Çamizoya, qızıl medal Toğrul Əsgərova təqdim olunub.

Qaliblərin mükafatını Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

20:06

74 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Cəbrayıl Həsənov Bolqarıstan idmançısı Kiril Terzievlə qarşılaşıb. Birinci hissənin ilk dəqiqəsi bitməmiş Cəbrayıl 3:0 önə keçməyi bacarıb. Sona qədər əzmkarlıqla güləşən idmançımız görüşü 9:0 hesabla başa vurub. Beləliklə Cəbrayıl Həsənov İlk Avropa Oyunlarının bürünc medalını qazanıb.

19:46

Toğrul Əsgərov 65 kq çəki dərəcəsində qızıl medalın sahibi oldu.

Qeyd edək ki,Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Toğrul Əsgərovun mübarizəsini arenada izləyirdi.

19:44

Toğrul Əsgərov qızıl medal uğrunda mübarizəyə başladı. İdmançımız finalda italiyalı Frank Markezlə görüşür.

19:16

57 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə təmsilçimiz Yaşar Əliyev Türkiyə idmançısı Sezer Akgullə qarşılaşıb.

Publika.az xəbər verir ki, idmançımızı birinci hissənin ilk dəqiqəsi bitmədən 2 xalı aktivinə əlavə edə bilib. İlk hissədə 3:0 qalib gələn idmançımız növbəti taymda bu üstünlüyü qoruya bilməyib. Hesab qardaş ölkə təmsilçisinin olub. – 8:3 . Türkiyə təmsilçisi kürəyində həm Azərbaycan həm də Türkiyə bayrağı ilə dövr edib.

18:53

Bürünc medal uğrunda görüşdə Cəbrayıl Həsənov (74 kq) bolqarıstanlı Kiril Terziyevlə qarşılaşacaq.

Finalda Xetaq Qazyumov (97 kq) Gürcüstan idmançısı Elizbar Odikadze ilə güləşəcək.

14:02

1/2 finalda güləşçimiz Toğrul Əsgərov (65 kq) rəqibi Belarus idmançısı Azamat Nurikovla görüşüb.

Birinci dəqiqədə ilk xalı Toğrul Əsgərov qazanıb. Təmsilçimiz aktivinə 1 xal yazdırıb.

Əsgərov daha bir xalı aktivinə yazdıraraq birinci hissəni 2:0 bitirib. Ancaq növbəti taymda rəqib idmançı güləşçimizdən 1 xal alıb hesabı 2:1 etsə də, Toğrul daha bir fəndlə aktivindəki xalı artırıb - 4:1.

Növbəti xal rəqibin hesabına əlavə olunsa da (4:2), idmançımız sona qədər əzmkarlığını qoruyub.

Beləliklə, gərgin davam edən mübarizədən təmsilçimiz üzü ağ çıxıb - 7:2. Toğrul Əsgərov finala vəsiqə qazanıb. Finalda Toğrul Əsgərovun rəqibi italiyalı Frank Çamizo olacaq.

13:45

Yarımfinalda güləşçimiz Yaşar Əliyev (57 kq) Rusiya idmançısı Viktor Lebedev ilə qarşılaşıb.

İdmançımız bu görüşü 1:3 hesabla məğlub bitirib.

13:33

1/2 finalda idmançımız Xetaq Qazyumov (97 kq) Rusiya idmançısı Abdusalam Qadisov ilə qarşılşıb.

I hissəninin ilk dəqiqələrində idmançımız azarkeşlərini həyəcanlandırıb. Belə ki, ilk dəqiqələrdə rəqib 2:0 öndə olub. Ancaq idmançımız hesabı bərabərləşdirməyə nail olub.

Növbəti hissədə Xetaq aradakı fərqi daha da artırıb. Güləşçimiz 4:2 hesabını sona qədər qoruyaraq finala vəsiqə qazanır.

13:27

Cəbrayıl Həsənov (74 kq) təsəlliverici görüşdə Finlandiya idmançısı Henri Selenius ilə qarşılaşıb.

Cəbrayıl 1/4 finaldan fərqli olaraq, burada rəqibindən xeyli üstün olub. İdmançımız 11:0 qalib gəlib. O, bürünc medal uğrunda mübarizəyə haqq qazanıb.

13:09

1/4 finalda güləşçimiz Toğrul Əsgərov (65kq) fransız Maksim Fiquet ilə qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan olimpiya çempionumuz görüşü tam qələbə ilə başa vurub - 10:0.

13:05

1/4 final mərhələsində təmsilçimiz Xetaq Qazyumov (97 kq) Belarus idmançısı İbrahim Saidau ilə qarşılaşıb.

İdmançımız görüşü 2:1 hesablı qələbəylə başa vurub və yarımfinala vəsiqə qazanıb.

12:33

1/4 finalda təmsilçimiz Yaşar Əliyev (57 kq) erməni idmançısı Qarik Barseqyanyla qarşılaşıb. Görüşün ilk dəqiqələrində idmançımız 6:0 öndə olub. Ancaq rəqib idmançı Yaşardan 2 xal ala bilsə də, güləşçimiz də boş dayanmayıb. Aktivinə 2 xal əlavə edərək hesabı 8:2 edib.

Erməni idmançı daha 2 xal qazansa da, bunun ona xeyri olmayıb. Çünki güləşçimiz görüşü 10:6 hesabla qalib bitirə bilib.

11:59

1/4 finalda güləşçimiz Cəbrayıl Həsənov (74 kq) Türkiyə idmançısı Söner Demirtaşla qarşılaşıb.

Cəbrayıl A döşəyində çıxış edirdi. Həsənov ilk hissəni 1:3 qalib gəlib.

Nöbəti taymda isə bu üstünlüyü qoruya bilməyib. Rəqib 5:3 hesabla və tam qələbəylə qalib gəlir.

C döşəyindı isə digər təmsilçimiz Xetaq Qazyumov (97 kq) moldovalı Nikolay Ceban ilə qarşılaşıb.
Xetaq Qazyumov bu görüşü 0:4 hesabla qələbə ilə başa vurub. Beləliklə o 1/4 finala vəsiqə qazanıb.

11:50

1/8 finalda təmsilçimiz Cəbrayıl Həsənov (74 kq) macarıstanlı Mihaly Nagy ilə üz-üzə gəlib.

Son dəqiqələrə qədər 9:0 öndə olan idmançımız daha bir xalı aktivinə yazdıraraq 10:0 hesablı tam qələbə qazanıb. 1/4 finalda Cəbrayıl Həsənovun (74 kq) rəqibi Türkiyə idmançısı Söner Demirtaş olacaq.

11:21

65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Toğrul Əsgərov 1/8 finalda moldovalı Mihail Sava ilə qarşılaşıb. Toğrul ilk hissədə 5:0 önə keçməyi bacarıb. Elə növbəti hissədə də bu əzmkarlığını qoruyaraq aradakı xal fərqini daha da artırıb - 8:0. Sonda görüş 10:0 hesablı tam qələbəylə başa çatıb.

11:18

Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/8 finalda Fransa idmançısı Zoheir El Ourraqe ilə qarşılaşıb.

2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Yaşar Əliyev rəqibindən daha üstün güləş nümayiş etdirərək 9:4 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb. Onu bu mərhələdə ciddi sınaq gözləyir. Əliyev Ermənistan idmançısı Qarik Barsekyanı sınağa çəkəcək.

10:43

97 kq-da çıxış edən idmançımız Xetaq Qazyumov 1/16 finalda Polşa təmsilçisi Radoslav Barana qalib gəlib. Güləşçimiz görüşü 0:10 hesabıyla qalib bitirib və növbəti mərhələyə yüksəlib..

10:31

Avropa Oyunları çərçivəsində sərbəst güləşin 1/16 finalında təmsilçimiz Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov ilə qarşılaşıb. İlk hissəni idmançımız 4:0 öndə bitirib.

Növbəti hissədə də əzmkarlığını sübut edən olimpiya çempionumuz görüşü 8:7 hesabıyla qalib bitirib.

1/8 finalda Toğrul Əsgərovun rəqibi Moldova idmançısı Mihail Sava olacaq.

09:58

İlk Avropa Oyunlarında kişilərin sərbəst üsulla güləş yarışları başlayır.

Publika.az xəbər verir ki, bu gün daha dörd idmançımız çükafatlar uğrunda mübarizə aparacaq.

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

57 kq

1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (FRA)

65 kq

1/16 final - İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov

74 kq

1/8 final - Mihaly Nagy (HUN) - Cəbrayıl Həsənov

97 kq

1/16 final - Radoslav Baran (POL) - Xetaq Qazyumov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm