Bədii gimnastika: Qızıl medal Rusiyanın oldu - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Bədii gimnastika: Qızıl medal Rusiyanın oldu - YENİLƏNİB

Bədii gimnastika çoxnövçülük üzrə qrup yarışlarında Rusiya milli komandası qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, lent, üç cüt gürz və iki halqa ilə hərəkətlərin nəticələrinə görə Rusiya idmançıları 35,300 xal toplayıb.

35,050 xal ilə İsrail ikinci yerə, 34,850 xal ilə Belarus gimnastları üçüncü yerə layiq görülüb.

13:47

Lentlərlə hərəkətdə 16,700 xal toplayan Azərbaycanı təmsil edən qrup 13 komanda arasında 8-ci olub. Final mərhələsinə 6 yığma yüksəlib.

Gürzlərlə hərəkətdə 15,450 xal toplayan təmsilçilərimiz hələlik xalça üzərinə çıxan 8 komanda arasında 8-ci pillədədir. Digər 5 qrup isə hələ bacarığını nümayiş etdirməyib.

Halqalarda təsnifat mərhələsində mübarizə aparacaq gimnastlarımız çoxnövçülükdə qalibləri müəyyənləşdirəcək. 13 komandanın çıxış etdiyi yarışda Azərbaycan millisi də mübarizə aparır.

Yığmamızın heyətində Səbinə Abbasova, Aynur Mustafayeva, Siyana Vasilyeva, Aleksandra Platonova və Diana Doman çıxış edəcək. Komandamız xalça üzərinə 8-ci çıxacaq.

11:43

Qrup lent üzrə bədii gimnastika yarışları davam edir. Cədvələ 17,350 xalla İspaniya və İsrail komandaları başçılıq edir. Üçüncü yerdə 17,050 xalla Ukrayna komandası qərarlaşıb.

10:03

Birinci Avropa Oyunları çərçivəsində gimnastika yarışlarının növbəti mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, kişilər və qadınlar arasında akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə təsnifat yarışları keçirilir.

Bədii gimnastikada qrup çoxnövlülüyü üzrə qaliblər bu gün müəyyən ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm