Polşalı məşqçi: "Avropa Oyunları gimnastlar üçün yeni bir ənənədir"
Bizi izləyin

Bakı 2015

Polşalı məşqçi: "Avropa Oyunları gimnastlar üçün yeni bir ənənədir"

"Birinci Avropa Oyunları idmanda yeni bir ənənədir və idmana bir fərqlilik gətirir. Bu Oyunlar gimnastlar və eləcə də digər növ idmançılar üçün yeni bir ənənədir".

Publika.az xəbər verir ki, Birinci Avropa Oyunlarında iştirak edən Polşanın idman gimnastikası üzrə komandasının məşqçisi Przemyslav Lis hər bir idmançının bu yarışlarda iştirak etməklə böyük təcrübə qazandığını bildirib.

Komandanın üzvləri Qabriela Janik və Katarzina Jurkovska-Kovalska da Avropa Oyunlarının onlar üçün əhəmiyyətli olduğunu və burada böyük təcrübə qazandıqlarını bildiriblər. Gimnastlar onlar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu və idmançılar arasında yaxşı atmosferin olduğunu qeyd ediblər.

Polşa idmançıları Azərbaycana birinci dəfə gəldiklərini qeyd edərək ölkəmizi çox bəyəndiklərini bildiriblər. Onlar qeyd ediblər ki, Bakı gözəl şəhərdir, Azərbaycanın yaxşı iqlimi var. İdmançılar həmçinin Bakını gəzmək və Azərbaycanın milli xörəklərinin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm